Oturaq iş qocalıqdakı koqnitiv pozuntu riskini azaldır
28 İyul
348

Oturaq iş qocalıqdakı koqnitiv pozuntu riskini azaldır

Həyatı boyu oturaq işdə çalışanların ahıl yaşlarda koqnitiv pozuntuya məruz qalmaları ehtimalı aşağıdır.

Fins.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Kembric Universitetinin araşdırmaçıları gəliblər.

Eksperiment uzunmüddətli olub. Belə ki, 12 il keçəndən sonra araşdırmaçılar iştirakçıların vəziyyətini yenidən incələyib, bir sıra testlər keçiriblər. Testlərin vasitəsilə onların yaddaş, diqqət, mətnoxuma sürəti və məlumatı qavrama kimi koqnitiv bacarıqları yenidən gözdən keçirilib.

Məlumata görə, həmişə ofisdə işləyənlər ən yüksək nəticələrə nail olublar - belələri 10% idi. Fiziki işlə məşğul olanlar isə öz nəticələrini üç dəfə pisləşdiriblər.

Bununla belə, alimlər qeyd ediblər ki, nəticələrə baxmayaraq, fiziki məşğuliyyət sağlamlıq üçün vacibdir.