Milli Azərbaycan brendi – XURCUN
06 İyul
183

Milli Azərbaycan brendi – XURCUN

“Xurcun” – Azərbaycanın yüksəkkeyfiyyətli milli brendidir. Əsası 2015-ci ildə Vugar Maharramov tərəfindən qoyulan və bu gün təbii quru meyvə, çərəz, ekzotik çaylar və şirniyyat satmaq üzrə sürətlə böyüyən butiklər şəbəkəsidir.

Çox şadam ki, nəticədə öz məqsədimə nail oldum. Bu gün “Xurcun” dünyanın müxtəlif zövqlərini özündə cəmləşdirən xüsusi dizaynlar və müxtəlif eksklüziv məhsullar vasitəsilə müəyyən mədəni dəyər yaradır”, – deyə Vugar Maharramov bildirib.

Onun sözlərinin bariz nümunəsi kimi 5 ildə “Xurcun”un 10 butikinin açılması faktını qeyd etmək olar. Linkə keçid etməklə “Xurcun” brendinin Bakıdakı bütün ünvan və əlaqə vasitələri ilə tanış ola bilərsiniz. Qeyd edək ki, yaxın zamanlarda milli brend rəsmi olaraq xaricdə də təmsil olunacaq.

Brenddən danışarkən onun dizaynında Azərbaycan və Bakının nar, Qız qalası, Flame Towers və s. kimi simvolları istifadə olunmuş zərif və yadda qalan qablaşdırmasını da vurğulamaq lazımdır.

“Xurcun” məhsullarının qablaşdırılması zamanı rəssam Həmidə Məlikovanın Azərbaycana həsr olunmuş “Narlı” rəsm işlərindən istifadə olunur. Rəsm işləri və patent Vugar Maharramov tərəfindən əldə olunub.

“Keyfiyyətə vurğunuq” (Fond of Quality) – şüarı Azərbaycan bazarında inanılmaz dadı, təbiiliyi və ən keyfiyyətli məhsulları ilə fərqlənən “Xurcun”u ən yaxşı şəkildə təsvir edir. Xüsusi olaraq vurğulayaq ki, “Xurcun” quru meyvə və çərəz satışı mağazası yalnız Azərbaycanda deyil, eyni zamanda dünyada da ən premium səviyyədə bu məhsulların satışını həyata keçirən ilk mağazadır.

“Xurcun”da qlütensiz məhsullar da təqdim olunur. Hazırda bu halvadır, lakin gələcəkdə şəbəkədə “gluten-free” xəttinin genişləndirilməsi də planlaşdırılır.