Hər ev gözəldir – İSTİKBAL
22 İyun
488

Hər ev gözəldir – İSTİKBAL

1957-ci ildən bəri, mebel sənayesinin qabaqcıl şirkətlərinin illik təcrübəsi və 60 illik nailiyyət yolu ilə mebel sektorunun lideri olmağı bacaran İstikbal Mebel məhsul müxtəlifliyi, dizayn fərqliliyi, keyfiyyət və satış sonrası xidmətləri ilə Türkiyənin prestijli markaları arasında yer tutaraq, sektorun əlavə dəyərini təmin etmək və yeni təşəbbüslər yaratmağa davam edir.

İstehlakçı yönümlü yanaşması ilə sektorun ehtiyac və tələbatlarını hər bir nöqtədə məhsul və xidmətlərində ən yaxşı şəkildə əks etdirən İstikbal Mebel, ev dekorasiyasında yeni meyl və trendləri nəzərdə tutaraq, bütün istehsal və xidmət proseslərini davamlı olaraq təkmilləşdirir. Yenilikçi xətti ilə müasir istehsal və marketinq anlayışını sektordakı təcrübəsi ilə birləşdirən İstikbal, eyni zamanda mebel sənayesindəki standartları daima yüksəltməyi hədəfləyir.

Rahatlıq və keyfiyyəti unutmadan dizayn etdiyi məhsullarını evlərində fərqlilik yaratmaq istəyənlər üçün zəriflik və rahatlıqla birləşdirən İstikbal, xüsusi modellərini geniş çeşidli məhsullarında əks etdirir. Oturma qruplarından yataq otağına, mətbəxdən panel mebellərə, uşaq və gənc otaqlarından ev tekstilinə, işıqlandırmadan xalçaya, bağ mebelindən aksesuarlara qədər xüsusi kolleksiyalar təqdim edən İstikbal, minlərlə məhsulu fərqli zövq və məkanlarla bir araya gətirir.

İstehlakçıların həyatını asanlaşdıran tətbiqləri ilə fərqlilik yaradan İstikbal, eyni dekorasiya yönümlü hər növ ehtiyacları da eyni qrup altında təqdim edən minlərlə kvadratmetrlik yeni “Ev Konsepti” mağazaları ilə sektorunu sürətləndirməyə davam edir və ev konsepsiyası anlayışı çərçivəsində istehlakçı ilə vəhdətini təşkil edir. Ev dekorasiyasının istiqamətini müəyyənləşdirən İstikbal, eyni zamanda sistemli şəkildə təqdim etdiyi uyğun kampaniyaları, fərqli məhsul qruplarındakı endirimləri və kampaniyaları ilə imtiyazlar yaratmaqla istehlakçı üçün hər mənada rahatlığı təmin edir.

İstikbal təqribən minə yaxın mağaza və məhsulları ilə Türkiyəni əhatə etməklə bərabər, eyni zamanda bir dünya markası olma yolunda da sürətlə irəliləyir. Hazırda 70-dən çox ölkəyə İstikbal markası adı altında məhsul təqdim edən İstikbal, Yunanistan, Bolqarıstan, Rusiya, Misir, Almaniya, Qazaxıstan, Rumıniya, İngiltərə və Fransa kimi bir çox ölkədə 110 mağazası və 5000 satış nöqtəsi ilə Türk keyfiyyətinin xaricə ötürülməsini təmin edir. New Jersey-dəki lojistik mərkəzi vasitəsi ilə ABŞ-da bir çox mağazaya məhsullarının satışını həyata keçirən İstikbal, sektordakı yenilikləri və texnoloji inkişafları daim təqib edərək məhsul dizaynı və keyfiyyətində davamlı olaraq yüksəliş edir.