İlk yerli mebel brendi – Embawood
21 İyun
411

İlk yerli mebel brendi – Embawood

1996- cı ildə fəliyyətə başlayan İlk yerli mebel brendi olan Embawood müştəri yönümlü strategiyasını özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işləri görməyə davam edir. Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemini yeniləyərək, xidmət səviyyəsini daha yüksək pilləyə qaldırmışdır. Şirkət qarşısına qoyduğu bütün məqsədlərə çatmaq üçün məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsipləri əsas meyar olaraq seçmişdir. Azərbaycanın Masallı, Xırdalan və Sumqayıt şəhərlərində, həmçinin Ukrayna , Qazaxıstan, Gürcüstan kimi ölkələrdə şirkətin toplam olaraq 7 fabriki fəaliyyət göstərir. Bundan əlavə, adıçəkilən ölkələrdə Embawood brendinin mağazaları mövcuddur.