Ölkənin ən böyük optik mağazalar şəbəkəsi – FOCUS
18 İyun
287

Ölkənin ən böyük optik mağazalar şəbəkəsi – FOCUS

Ölkənin ən böyük optik mağazalar şəbəkəsi olan Focus Optika faaliyyətə başlaması 2016-cı ilin mart ayına təsadüf edir. Yarandığı gündən etibarən Azərbaycanın optika sənayesinin inkişafında böyük rol oynayaraq atdığımız addımlarla bir çox yerli müəsisələrə örnək olduq. Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən Focus Optika hazırda Azərbaycanın ən böyük Optik Şəbəkəsidir. Dəyərlərimizi ön planda tutaraq dünyanın ən qabaqcıl texnologiyası olan "Free-Form" texnologiyası ilə hazırlanmış optik şüşələri və son dəbə uyğun çərçivə və gün eynəklərini müştərilərə zəmanətlə təqdim edirik. Əsas məqsəd insanları göz sağlamlığı mövzusunda maarifləndirərək onları doğru istiqamətləndirmək, təcrübəli optik məsləhətçilər və oftalmoloqların nəzarətində müştəriləri onların ehtiyacına ən uyğun məhsullarla təmin etməkdir.

MİSSİYA
Peşəkarların nəzarəti altında son texnologiya ilə hazırlanmış məhsulları müştərilərə uyğun qiymətlərlə təqdim edərək, onların ehtiyac və tələblərini ən yaxşı şəkildə qarşılamaq.

Optik xidmət sahəsində etibarlı, dürüst və yüksək keyfiyyətli xidmət konsepsiyası yaradaraq ən çox rəğbət bəslənən optika şəbəkəsinə çevrilmək.

DƏYƏRLƏR
- Müştəri məmnuniyyəti; peşəkar xidmət və gülərüz kollektivimizlə müştərilərimizi məmnun edə bilirik.
- Keyfiyyət; təqdim etdiyimiz məhsulların və xidmətin keyfiyyətindən əminik.
- Cəmiyyətə dəyər qatmaq; həyata keçirdiyimiz maarifləndirici fəaliyyətlərlə şüurlu cəmiyyət fomralaşdırmağı hədəfləyirik.