İtalyan ənənəsinin ən yaxşı tərəflərini özündə cəmləşdirən – CARLO PAZOLINI
03 İyun
350

İtalyan ənənəsinin ən yaxşı tərəflərini özündə cəmləşdirən – CARLO PAZOLINI

CARLO PAZOLINI, bazarın əlçatan lüks seqmentində ayaqqabı və aksesuarların istehsalı və satışında dünya liderlərindən biridir. İtalyan ənənəsinin ən yaxşı tərəflərini özündə cəmləşdirən və bunları müasir dizaynla və yüksək keyfiyyətli materiallarla birləşdirən Carlo Pazolini özünəməxsus, incə və aydın şəkildə tanınan üslubunu yaratdı. Aparıcı ayaqqabı markası, həm kişilər, həm də qadınlar üçün davamlı şık, zərif və hər hansı bir müasir qarderob üçün vacib olan müasir kolleksiyalar təqdim edir.
1991-ci ildə qurulan kiçik bir ailə şirkəti olaraq başlayan şirkət, dünya səviyyəsində 180-dən çox mağazası ilə beynəlxalq səviyyədə genişlənmişdir. Marka butikləri ümumilikdə 8 ölkədə - Rusiya, İtaliya, Yunanıstan, Çex Respublikası, Çin, Ukrayna, Azərbaycan və Moldovada yerləşir. Şirkət məhsullarını CARLO PAZOLINI® və CARLO PAZOLINI COUTURE® adları ilə satır. Şirkət istehsalı İtaliya, İspaniya və Çində cəmləşmişdir.
CARLO PAZOLINI butiklərində mövsümi ayaqqabı və çantalar, eşarplar, çətirlər, kəmərlər və cüzdan kolleksiyaları, həmçinin şirkətin öz ayaqqabı baxımı məhsulları və ətirləri təqdim olunur. CARLO PAZOLINI ayaqqabıları və aksesuarları yüksək keyfiyyəti və özünəməxsus dizaynı ilə seçilir və klassikası müasir beynəlxalq tendensiyalarla, həssaslıqla və Avropa qəşəngliyilə birləşdirir.