Hər ilməsi ilə bir sənət nümunəsi – NATURAL HALI
22 Aprel
291

Hər ilməsi ilə bir sənət nümunəsi – NATURAL HALI

Əldə toxunma xalça və kilim ticarəti ilə məşğul olan firmanın ilk təməli 1983-ci ildə Calal Kaplan tərəfindən İstanbul Cemberlitaşdakı ilk mağazamızda atılmışdır. 2005-ci ildən oğulları Turgut ve Osmangazi Kaplana miras olaraq həvalə edilən və xidmətə davam edən firma 2008-ci ildən etibarən Azərbaycanda fəaliyyətə başlamış və qısa bir zamanda geniş çeşidi və yüksək xidməti ilə alıcıların sevgisini və məmnuniyyətini qazanmışdır.

Natural Halı Türkiyənin məşhur xalça firmaları “Eko Halı” “Tuğra Halı” və “Consept Hali” ilə əməkdaşlıq edir və onların Azərbaycandakı rəsmi nümayəndəsidir. Həmçinin Belçika, İran  və Fransanın ən qabaqcıl brendlərinin məhsullarını öz dəyərli müştərilərinə təqdim edir, milli xalçalarımızı isə İsmayıllı və Qubada toxudaraq xalçaçılıq sənətini yaşadır.