Xanımlar üçün valehedici, özünəməxsus və arzuolunan hədiyyə – BUTALI
14 Aprel
248

Xanımlar üçün valehedici, özünəməxsus və arzuolunan hədiyyə – BUTALI

BUTALI milli brendi qədim ənənələrin qoruyucusu və davamçısıdır. Öz işinə bağlı olan BUTALI ustaları böyük əmək sərf edirlər: arxivləri və muzey eksponatlarını öyrənir, zərgərlik işində hər biri öz xüsusi istiqaməti ilə fərqlənən bölgələrə səfər edir, qədim bəzək əşyalarından eskizlər hazırlayırlar. Onlar Azərbaycan zərgərlik sənətinin zəngin irsini öyrənərək, ənənəvi  məmulatların surətini dəqiqliklə çıxarırlar. Lakin BUTALI ustaları bununla kifayətlənmir, daha bir istiqamətdə də çalışırlar. Onlar yeni texnika və eksklüziv dizayndan istifadə edərək, ənənəvi bəzək əşyalarının motivləri üzərində milli zərgərlik məmulatlarının müasir üslubunu yaradırlar. BUTALI brendi sadəcə zərgərlik sənətini dirçəltmir, eyni zamanda onu müasir qadınlar üçün əlçatan edir. BUTALI ilə hər bir qadın milli ənənələrə toxuna bilər, həqiqətən doğma torpağın gücünü və bəzək əşyalarının möcüzəli simvolikasını hiss edər. BUTALI zərgərləri öz məmulatlarında 925 əyarlı gümüşdən və 18K qızıl suyundan istifadə  edirlər. BUTALI zərgərlik məmulatları hər bir qadın üçün valehedici, özünəməxsus və arzuolunan hədiyyədir.
Butalı brendi olaraq məhsullarımız: 
Qızıl zinət əşyaları 
Gümüş zinət əşyaları  
Polad zinət əşyaları  
İpək şərflər 
 Butali Azerbaijan Jewelry - You are a Jewel!