29 Mart
286

"Zövqlü, milli və sərfəli"  – SELHOME

Selhome 2011-ci ildə Azərbaycanda yaradılan yerli markadır. Hansı ki, trendi və milli dizaynı yüksək qiymətləndiri. Selhome sizə milli rənglərlə, yeni estetika ilə evinizə rahatlıq və yaxınlıq gətirən, mətbəxt ləvazimatlarından yataq dəstlərinə qədər geniş məhsulları təklif edir. Selhome, müştəri məmnuniyyətinə diqqət yetirərək evdə ehtiyyac duyduğunuz hər şey üçün məhz "zövqlü, milli və sərfəli" şüarından istifadə edir.

Müasir tendensiyaları  və milli-mədəni irsimizin zənginliyini əks etdirən kolleksiyalar yaradırıq. Selhome bir Azerbaycan brendi kimi hər zaman özünə məxsus xüsusi məhsullar təqdim edir.

Azərbaycan mədəniyyətindən ilhamlanaraq bir neçə kolleksiya həyata keçirtmişik: miniatürlərdən ilhamlanıb Nizami Gəncəvinin poemasından “Xosrov və Şirin” adlı kolleksiya yaratdıq, eyni zamanda Məşədi İbad, Qayınana, Gülnaz və Çayçı kimi milli obrazlarla kolleksiya yaradıldı.

Bundan əlavə, yemək dəstlərində və tekstildə əks olunan “Kəlağayı” kolleksiyası və həmcinin uşaq kolleksiyamızda “Cırtdan” və “Tık-Tık xanım” kimi tanınmış uşaq personajları ilə kolleksiyaları görə bilərsiniz.  Beləliklə, Selhome brendinin əsas mesajı son tendensiyaları unutmadan, milli mədəniyyətimizin elementlərini Azərbaycanda və dünyada tanıtmaqdır. Məzh buna görə  Selhome brendinin sloqanı: Zövqlü, Milli, Sərfəli-dir.