İtaliya istehsal üslubu, dəbi və eleqantlığı
15 Mart
321

İtaliya istehsal üslubu, dəbi və eleqantlığı

Fins.az xəbər verir ki, “Andrew’s Ties” ticarət markası 1991-ci ildə yaradılıb. Yüksək texnologiya və əl əməyinin birgə məhsulu olan qalstuklar İtaliya istehsalıdır. Müasir avadanlıqların sayəsində “Andrew's Ties” komandasının ekspertləri ipək, kətan və ya yun parçalardan yüksək keyfiyyətli və davamlı məhsullar ərsəyə gətirirlər.

Bizim işimiz təkcə estetiklik baxımdan yüksək nəticə əldə etməklə yekunlaşmır: atelyelərimiz daim qalstukların daxili strukturu üçün də yeni və eleqant həll yollarını tədqiq edirlər. Yun və pambıq kimi təbii liflərdən istifadə edildiyindən məhsulun istifadəsi komfortlu olur, yumşaqlığı, davamlılığı artır. Bizim işimizin nəticələri yalnız tələb etdiyimiz yüksək standartlara çatdıqda qalstuklar İtaliyanın “Andrew's Ties” ticarət markası yarlığını əldə edirlər.

Hər zövqə, hər məkana, hər geyimə uyğun - həqiqətən də hamı üçün “Andrew's Ties” qalstuku var: klassik görünüşdən idman üslubuna qədər.

Hazırda “Andrew’s Ties” dünya bazarında 100-dən çox satış nöqtəsi ilə təmsil olunur. Azərbaycanda və Gürcüstanda təmsilçilik hüququ “La Kravatta Baku” şirkətinə məxsusdur.