Balın xüsusiyyətləri
13 Mart
301

Balın xüsusiyyətləri

Bal bütün xəstəliklərin müalicəsində faydalıdır. Lakin hamı "təmiz" bal seçə bilmir. Balın keyfiyyətini yoxlamaq üçün bir neçə üsul var - baldan bir qədər götürüb onu əlin iç tərəfinə və ya sinəyə çəkirlər. 5-10 dəqiqə keçməmiş bal dəridən sorulur və yerində az miqdar şirəsiz maye qalır. Bala baxanda da onun keyfiyyətini müəyyənləşdirmək olur. Rəngi tünd, yaşılaçalan, qaramtıl olan və ya iki ildən artıq qalan bal keyfiyyətsiz sayılır. Balı su ilı qarışdırıb içdikdə,  insan orqanizmini gücləndirir, bütün bədəni, xüsusən də dərini nəmləndirir. Yatmazdan qabaq qəbul olunduqda isə əsəbləri sakitləşdirir. Qaraçörəkotundan alınan yağı balla qarışdırıb oynaqlara sürtdükdə ağrını azaldır.

Ağız və damaqda olan yaralar da balın təsirindən tez sağalır, boğaz ağrısı tez keçir. Bala bağayarpağı şirəsi qatıb imalə etmək isə bağırsaq yarası üçün faydalıdır. Bu əməliyyat 3 gün təkrar olunmalıdır.