Azərbaycanda 430 mindən çox insan vaksinasiya olunub
11 Mart
211

Azərbaycanda 430 mindən çox insan vaksinasiya olunub

Azərbaycanda bu günə kimi 430 mindən çox şəxs vaksinasiya olunub.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında uğurla davam etdirilir:

"Martın 10-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 11,447 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 436,849 nəfər peyvəndlənmə prosesində iştirak edib".