Qan təzyiqini aşağı salan içki müəyyən edilib
11 Mart
840

Qan təzyiqini aşağı salan içki müəyyən edilib

Pomidor suyu ürək xəstəlikləri riski yüksək olan insanlarda qan təzyiqini və xolesterin səviyyəsini azalda bilər.

Fins.az Trend-ə istinadən bildirir ki, Tokio Tibb Universitetinin alimləri bu qənaətə gəlib.

Bir il ərzində aparılan müşahidələr zamanı 418 könüllü duzsuz pomidor suyu içib və sağlığındakı dəyişikliklər barədə qeydlər aparıb.

Yekunda məlum olub ki, hipertoniyalı insanlarda qan təzyiqi orta hesabla 3 faiz azalıb.

Mütəxəssislər hesab edir ki, pomidor suyunu duzsuz içmək daha məqsədəuyğundur.