Xasiyyətdəki mənfiliklərin koronavirusla mübarizədə faydası açıqlandı
05 Mart
225

Xasiyyətdəki mənfiliklərin koronavirusla mübarizədə faydası açıqlandı

Florensiya Universitetinin Tibb Elmləri Bölməsinin psixologiya şöbəsinin mütəxəssisləri koronavirus pandemiyasına psixoloji cəhətdən ən davamlı insanları müəyyən ediblər.

Bununla bağlı tədqiqatlar “Science Direct” saytında dərc edilib.

Tədqiqatın nəticələrinə görə, pandemiyaya ən davamlı insanlar düşüncəsiz hərəkətlərə, həyasızlığa və alçaqlığa meylli olanlardır. Təcrid zamanı bu insanlar daha aşağı stres səviyyələri yaşayıblar. Eyni zamanda, qeyri-sabit psixikaya sahib olan respondentlər və əhval dəyişikliyi olanlar özlərini daha pis hiss ediblər.

Qeyd edək ki, Tümen Dövlət Universitetinin Ümumi və Sosial Psixologiya kafedrasının dosenti Maria Boqdanova da mənfi xarakter xüsusiyyətlərinin resurs çatışmazlığının yaşandığı böhranlı vəziyyətlərdə “faydalı” ola biləcəyini deyib.

“Həyasızlıq, risk almaq istəyi və aşağı empatiya bu resursları başqaları ilə bölüşməməyə və özünə uyğunlaşdırmağa kömək edir”, - deyə o, bildirib.