Bu ölkədə koronavirusa cəmi 1 adam yoluxub- SƏBƏB
20 Aprel
941

Bu ölkədə koronavirusa cəmi 1 adam yoluxub- SƏBƏB

Qızdırma və vəba kimi epidemiyalarının yayıldığı, minlərlə insanın infeksiyadan öldüyü Yəməndə bu günə qədər sadəcə 1 koronavirusa yolxuma faktı aşkarlanıb.

Fins.az xəbər verir ki, yəmənli həkim Amal Naqi səbəbi belə izah edib: “Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn kimi ölkələrdə hər gün yoluxma faktları artır. Bizdə gözlə görüləcək dərəcədə belə artım yoxdur. Çünki xəstəxana və tibb mərkəzləri şiddətli bombardmana məruz qaldı. Bir qismi hərbi baza kimi istifadə edilir. Dolayısı ilə ölkə koronavirus xəstəliyini təsbit edəcək sağlamlıq sistemindən kasaddır.


Bundan başqa xaricdən bizə koronavirusa yoluxmuş insan axını gələ bilməz. Yəni ölkədə, onsuz da, bir karantin var. Buna görə də yoluxma faktları az olacaq”.
Həkimin sözlərinə görə, koronavirusun geniş yayılmamasınnın başqa bir səbəbi də var: “Epidemiyalara qarşı immunitetimiz ola bilər. Burada insanlar vəba, qızdırma, tifo kimi xəstəliklərdən əziyyət çəkir. Xalq bu xəstəliklərlə özü mübarizə aparır. Bədənləri bu viruslara qarşı antitel ifraz edir. Bu da immun sisteminə faydalıdır”.