Fransada COVID-19-dan ölənlərin sayı 20 minə yaxınlaşır
20 Aprel
589

Fransada COVID-19-dan ölənlərin sayı 20 minə yaxınlaşır

Fransada son 24 saat ərzində yeni növ koronavirusun yaratdığı xəstəlikdən 395 nəfər dünyasını dəyişib.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

Bununla da, ölkədə pandemiya qurbanlarını sayı 19 718 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədəki xəstəxanalarda 12 069, tibbi və sosial təşkilatlarda isə 7 649 nəfər koronavirusdan ölüb.