Koronavirusun qəribəlikləri: “Faciəvi çöküş”
20 Aprel
341

Koronavirusun qəribəlikləri: “Faciəvi çöküş”

“Koronavirus klassik epidemiologiya qanunlarına tabe olmur”.

Bu barədə “Rossiya 1” telekanalında çıxışı zamanı rusiyalı həkim-infeksionist Vladimir Nikiforov danışıb.

V.Nikiforovun sözlərinə görə, COVID-19-a yoluxmuş xəstənin ağciyərlərindəki dəyişikliklərlə onun özünü necə hiss etməsi arasında uyğunsuzluq yaranır. Misal üçün, rentgen tədqiqatı ağciyərlərin ciddi zədələndiyini göstərir, lakin xəstə özünü yaxşı hiss edir. Bir neçə gündən sonra isə “faciəvi çöküş” yaranır və xəstənin vəziyyəti qəflətən pisləşir.

Həkim bildirib ki, bəzi hallarda rentgen şəkillərində pnevmoniya əlamətləri, demək olar ki, görünmür. Halbuki pnevmoniyanın aşkarlanması üçün bu, ən inandırıcı müayinə üsuludur.

“Biz nəsə yeni bir şeylə qarşılaşmışıq. Bunun qorxulu olduğunu deməzdim, amma bütün anlaşılmaz şeylər daha qorxuludur”, - deyə V.Nikiforov bildirib.