İranda koronavirusdan ölənlərin sayı beş minə çatır
17 Aprel
793

İranda koronavirusdan ölənlərin sayı beş minə çatır

İranda son 24 saatda koronavirusdan 89 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə “Twitter” hesabında məlumat paylaşıb.

O, 1 499 yeni yoluxma halının olduğunu bildirir:

“Virusa yoluxanların sayı 79 494 nəfərə çatıb. Bu günə qədər koronavirusdan 4 958 nəfər ölüb. 54 064 nəfər isə sağalıb”.