Çindəki iri müəssisələr fəaliyyətlərini tam olaraq bərpa ediblər
17 Aprel
575

Çindəki iri müəssisələr fəaliyyətlərini tam olaraq bərpa ediblər

Çindəki böyük müəssisələr koronavirusla mübarizə sahəsində uğurlu səylərdən sonra işlərini tam olaraq bərpa ediblər. Fins.az xəbər verir ki, bu barədə Çin Dövlət Statistika İdarəsinin nümayəndəsi Mao Şenyun məlumat verib.
“Kiçik və orta kommersiya təşkilatlarına gəldikdə, onların da vəziyyəti gözlədiyimizdən daha yaxşıdır: göstərici 80%-dan çoxdur”.

Şirkətlər sifariş sayının azalması və kifayət qədər yüksək tələbatın olmaması problemi ilə üzləşirlkər. Çətin iqtisadi vəziyyətlə əlaqədar olaraq, istehsalçılara dəstək verilməsi proqramı çərçivəsində dövlət rüsumlarının azaldıması kimi tədbirlər hazırlanır.

Çin Dövlət Statistika İdarəsinin verdiyi məlumata görə, ölkə iqtisadiyyatı 6,8% çöküb və bu, son 43 ildə maksimum göstəricidir.

©Banker