Heydər Əliyev Fondunun rəsmisi: “Koronavirusla mübarizənin ilk günlərindən...”
16 Aprel
734

Heydər Əliyev Fondunun rəsmisi: “Koronavirusla mübarizənin ilk günlərindən...”

“Koronavirus pandemiyası ilə mübarizənin ilk günlərindən Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq edərək, həm həkimlər arasında təcrübə mübadiləsini, eyni zamanda, bu təlimlərə dəstək kimi ilk mərhələdə virtual olaraq məşğələlər təşkil etmişdik”. 

Fins.az -ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin sədri, deputat Soltan Məmmədov deyib. 

Onun sözlərinə görə, dərhal Səhiyyə Nazirliyi, TƏBİB və ÜST-ün təşəbbüsü ilə Heydər Əliyev Fondundan olan müraciətdən sonra bu təlimlərin yerində keçirilməsinə müsbət cavab verilib:

“Əminəm ki, biz hər üç qurumla bu işləri davam etdirərək, gələcəkdə də digər ölkələrin təcrübəsini öyrənmək, başqa ölkələrdə çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb olunması, ÜST-ün xətti ilə beynəlxalq ekspertlərin Azərbaycana dəvət olunması, təlimlərin gücləndirilməsi üçün Heydər Əliyev Fondu tərəfindən bundan sonra da lazım olan dəstək göstəriləcək”.