Koronavirusla mübarizə üçün ölkəyə gələn həkimlər nə vaxtadək çalışacaqlar? - RƏSMİ
16 Aprel
621

Koronavirusla mübarizə üçün ölkəyə gələn həkimlər nə vaxtadək çalışacaqlar? - RƏSMİ

“REACT-C19 layihəsi məqsədilə Azərbaycana gələn 19 həkim iyun ayının sonuna kimi müxtəlif xəstəxanalarda çalışacaqlar”.

Fins.az -ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin  dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində tibb işçiləri üçün onlayn platforma da istifadəyə veriləcək:

“Bu portal vasitəsilə onlar təlimlər və təqdimatlar, mentorlardan videodərslər və statistik məlumatlar əldə edə biləcəklər”.