TƏBİB sədri xaricdə oxumuş həkimlərə çağırış edib
16 Aprel
767

TƏBİB sədri xaricdə oxumuş həkimlərə çağırış edib

Xaricdə təhsil alan tibb işçilərinin Azərbaycanda işləməsi üçün hər çür şərait yaradılıb.

Fins.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə 764 nəfər təhsil alıb ki, onların 560-sı tibb təhsili alıb. Onların 384-ü rezidentura,173 nəfər baza ali tibb təhsili, 3 nəfər magistratura, 16 nəfər doktorantura təhsili alıb:"Həmkarlarımızın Azərbaycanda çalışması üçün çox gözəl şərait yaradılıb. Arzu edərəm ki, gənclərimiz bu 3 aylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarını verəcəklər".