ABŞ-da koronavirusdan ölənlərin sayı 30 mini keçdi
16 Aprel
318

ABŞ-da koronavirusdan ölənlərin sayı 30 mini keçdi

ABŞ-da koronavirusdan ölənlərin sayı 30 844 nəfər olub.

“HaberGlobal”ın məlumatına görə, bunu Cons Hopkins Universitetindən bildiriblər.

Virusa yoluxanların sayı ümumilikdə 631 111 nəfər təşkil edir.

Daha əvvəl ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) yalnız öz laboratoriyalarında yoluxması təsdiqlənmiş xəstələrin adlarını qeydiyyata alırdı.

Artıq koronavirusdan bütün yoluxanların və ölənlərin qeydiyyata alınması rəqəmlərdə ciddi artıma gətirib çıxarıb.