Koronavirusun yeni əlaməti aşkarlandı
16 Aprel
745

Koronavirusun yeni əlaməti aşkarlandı

Ayaqlarda səpgilər koronavirusun əlamətlərindən biri ola bilər.

“RİA Novosti” agentliyi xəbər verir ki, İspaniya və İtaliyadan olan həkimlər bu qənaətə gəliblər.

Belə ki, koronavirusla əlaqədar xəstəxanaya gətirilən hər beş italiyalıdan birinin dərisində səpgilər müşahidə olunub. Əksər hallarda bu simptom uşaqlarda və yeniyetmələrdə aşkarlanıb.

Səpgilər qızılca xəstələyinin yaratdığı qırmızı səpgilərə bənzəyir. Onlar, adətən, ayaq barmaqlarında müşahidə olunur.