BƏƏ-də mindən çox insan koronavirusdan sağaldı
16 Aprel
380

BƏƏ-də mindən çox insan koronavirusdan sağaldı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən gün ərzində 432 nəfər koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, bundan əlavə ümumi olaraq mindən çox insan xəstəlikdən sağalıb.

“Ölkədə indiyədək 5365 nəfər koronavirusa yoluxub, 1034 nəfər isə sağalaraq xəstəxanalardan evə buraxılıb”, - deyə məlumatda qeyd edilir.

Bundan əlavə, 3325 insan koronavirusun qurbanı olub.