Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxdu - RƏSMİ
15 Aprel
942

Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxdu - RƏSMİ

“Bu gün Azərbaycanda 56 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb”.

Fins.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

“Fevralın 28-dən Azərbaycanda ilk koronavirus  qeydə alınan vaxtdan aprelin 12-dək bir dövrə nəzər salsaq, hazırda neqativ tendensiya dövrünü başa vurduğumuz qeyd edə bilərik”.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət dəyişir:

“Aprelin 12-dən sonra pozitiv dinamika var. Hazırda aktiv koronavirus xəstələrinin sayı 822-847 arasında dəyişir”.