Könüllü donor olmaq istəyənlər üçün sayt yaradıldı
15 Aprel
2334

Könüllü donor olmaq istəyənlər üçün sayt yaradıldı

Azərbaycanda ilk dəfə olaraq təcili qana ehtiyacı olan xəstələr və könüllü donor olmaq istəyən şəxslər üçün onlayn platforma yaradılıb.

Fins.az xəbər verir ki, vətəndaşlar www.donorol.az saytına daxil olub məlumatları yerləşdirərək qeydiyyatdan keçə və anında könüllü donor ola bilər.

Hər bir qan verən donor birbaşa xəstə ilə əlaqəyə keçə biləcək.  Eyni zamanda, sayt vasitəsilə təcili qan çatışmazlığı ilə əlaqədar elanların da yerləşdirilməsi mümkündür.

Qeyd edək ki, qanvermə müddəti kişilərdə ən tez iki ayda bir, qadınlarda isə ən tez üç ayda bir olmaqla, ildə dörd dəfədən çox olmamaq şərtilə aparılır. Çəkisi 50 kiloqramdan artıq, yaş həddi 18-65 arasında olan hər kəs donor ola bilər. Bu proses tamamilə ağrısız və təhlükəsizdir.