Gürcüstanda koronavirus epidemiyası pik həddə yaxınlaşır
15 Aprel
992

Gürcüstanda koronavirus epidemiyası pik həddə yaxınlaşır

“Gürcüstanda koronavirusun daxili yayılması əhəmiyyətli dərəcədə genişlənib”.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani brifinqdə bildirib.

Onun sözlərin görə, Gürcüstan epidemiyanın pik mərhələsinə yaxınlaşır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 306 nəfər yoluxub. Onların 69-u sağalıb, 3-ü isə dünyasını dəyişib.

© Report