Virusa qarşı virus yaradılıb
11 Aprel
1640

Virusa qarşı virus yaradılıb

Amerikalı alimlər laboratoriya şəraitində yeni tip koronavirus əleyhinə peyvənd kimi istifadə edilə bilən virus hazırlayıblar.

Mütəxəssislər insanlara zərəri olmayan parainfluenza 5 virusu (PIV 5) əsasında, bu infeksiyaya yoluxan hüceyrələrə koronavirusun tikanlarına oxşayan S-qlikoprotein ifraz edən gen əlavə edərək yeni virus yaradıblar. İndiyə kimi testlər MARS infeksiyası daşıyan siçanlar üzərində aparılsa da, mütəxəssislər bu metodun SARSCoV-2-dən də effektiv olacağını düşünürlər. Amerikalı həkim Paul Makkari hesab edir ki, koronavirusa qarşı effektiv peyvənd tapmaq an məsələsidir. Xəbəri BBC yayıb