Azərbaycanda duz ikiqat çox istifadə olunur
20 Dekabr
873

Azərbaycanda duz ikiqat çox istifadə olunur" - ÜST rəsmisi

''Azərbaycan qeyri-infeksion xəstəliklərə səbəb olan problemləri araşdırır, bu da sevindiricidir. Buna görə Azərbaycan Avropa regionunda müstəsna ölkələrdən biridir''.

 
Tibb.fins.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, tövsiyə olunan normaya görə, gün ərzində 5 qram duz qəbul edilməlidir:
 
"Hesablamalarımıza görə, Azərbaycan gündəlik duz istehlakı 10 qramdan yüksəkdir''.
 
J.Bredanın sözlərinə görə, Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir: ''Amma Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu, sizi narahat etməlidir. Çünki meyvə-tərəvəz insanları xərçəngdən, piylənmədən və ürək- damar xəstəliklərindən qoruyur''.